Əsas məzmuna keç
+994 55 300 09 92 Pulsuz konsultasiya +15%
−20%Yerini ayır
Haqqımızda

Chronos haqqında.

Chronos İT və kibertəhlükəsizlik akademiyasıdır. Dörd istiqamətdə praktiki təlimlər keçirir: Red Teaming, Blue Teaming, CCNA və IT Helpdesk.

  • Praktika əvvəldə

    Hər mövzu tapşırıqla bitir. Dinləmək yox, etmək öyrədir.

  • Kiçik qruplar

    Mentor hər iştirakçının işini görür və vaxtında düzəliş edir.

  • Dürüst vəd

    İş zəmanəti vermirik. Bacarıq, portfolio və istiqamət veririk.

  • Tələbə və şirkət

    Həm fərdi iştirakçılar, həm də şirkət komandaları üçün.

Komanda

Təlimçilər.

Hər biri öyrətdiyi sahədə hazırda işləyən mütəxəssisdir.

Fəxri Əlizadə
Red Teaming

Fəxri Əlizadə

Penetration Tester · Datazen Solutions

Datazen Solutions-da penetration tester kimi veb tətbiqlərin və infrastrukturun təhlükəsizliyini yoxlayır. Bundan əvvəl Techtonas-da iki ildən çox kibertəhlükəsizlik mühəndisi işləyib.

CEHeJPTv2CRTACNSPBTJASC-900ISO 27001
Yusif Kazımlı
Blue Teaming

Yusif Kazımlı

Cybersecurity Specialist · IDDA

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində kibertəhlükəsizlik mütəxəssisidir, əvvəl orada SOC monitorinq mütəxəssisi kimi çalışıb. Karyerasına Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində başlayıb.

CySA+eCPPTv2eJPTv2CNSPPT1
Musa Məhərrəmov
CCNA

Musa Məhərrəmov

Network Administrator · Azerconnect Group

Azerconnect Group-da şəbəkə administratorudur. Əvvəl AZnet-də şəbəkə administratoru, Azersun Holding-də İT mütəxəssisi kimi çalışıb.

Cisco CCNA
Qüdrət Eyvazov
IT Helpdesk

Qüdrət Eyvazov

Lead IT Specialist · Datazen Solutions

Datazen Solutions-da aparıcı İT mütəxəssisidir. Azersun Holding-də iki ildən çox İT dəstək mütəxəssisi kimi Active Directory, Cisco Meraki şəbəkələri və tiket sistemləri ilə işləyib, karyerasına Help Desk-dən başlayıb.

Active DirectoryCisco MerakiTicketingLAN/WAN
Missiyamız

İT və kibertəhlükəsizlik sahəsinə gəlmək istəyən hər kəsə nəzəriyyəni praktika ilə birləşdirən, dürüst və əlçatan təhsil vermək.

Biz iş zəmanəti vermirik; bacarıq, portfolio və düzgün istiqamət veririk.

Bizimlə öyrənmək istəyirsən?

Formu doldur, səninlə əlaqə saxlayaq.

Pulsuz konsultasiya al